Nazir BMT tədbirində iştirak edəcək
25 may tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfəri çərçivəsində 26 may tarixində Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasında çıxış edəcək. Eləcə də yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.