Ceyhun Bayramov Misirə işgüzar səfərə gedib

Siyasət

12.02.2023 - 10:54

Nazir yüksək səviyyəli beynəlxalq konfransda iştirak edəcək

Fevralın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş