Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri görüşəcəklər
Mayın 13-də Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri - Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında Düşənbədə görüş keçiriləcək. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan nümayəndələrinin sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı yaxın vaxtlarda görüş keçirəcəklərini açıqlamışdı.
Xatırladaq ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə gedib.