Ceyhun Bayramov: "Ermənistanla normallaşma prosesi üçün perspektivlər açılıb"

Siyasət

20.06.2023 - 15:07

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxış edib

"Ermənistanla bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşma prosesi üçün perspektivlər açılıb".

AYNA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxışında deyib.

O, Azərbaycanın regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə irəliləməyə davam etmək əzmində olduğunu, regiondan və ondan kənarda olan investorlarla əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

C.Bayramov bildirib ki, bütün tərəfdaşlar Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və reabilitasiya səylərini dəstəkləməyə dəvət edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş