Ceyhun Bayramov: "Azərbaycan və Türkiyənin nail olacağı çox hədəf var"

Siyasət

08.08.2022 - 20:35

Azərbaycan XİN başçısı konfransda çıxış edib

"Azərbaycan və Türkiyənin nail olacağı çox hədəf var".

AYNA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Bənzərsiz münasibətlərimizdə artıq Türkiyə diplomatlarının Azərbaycanın mənfəətlərini, Azərbaycan diplomatlarının Türkiyənin mənfəətlərini müxtəlif beynəlxalq platformalarda öz dövlət maraqları kimi qoruması və təşviqi səviyyəsinə çatmışıq. Bunun ən gözəl örnəkləri dövlət başçılarımız tərəfindən gerçəkləşdirilir. Münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bununla birlikdə hələ gedəcəyimiz yolumuz, nail olacağımız çox hədəfimiz var ki, bu yolda da hər birimizə uğurlar diləyirəm”, - XİN başçısı vurğulayıb.

Müəllif: Ayna.az