İyun ayında təbliğat və “K-pop” yayımları dayandırılıb
Cənubi Koreya ordusu Şimali Koreya ilə sərhəddə səsgücləndiriciləri sökməyə başlayıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, iyun ayında təbliğat və “K-pop” yayımları dayandırılıb.
Bildirib ki, sökülmə cənub və şimal arasında gərginliyi azaltmağa kömək edəcək əməli tədbirdir.
İyunun əvvəlində vəzifəsinin icrasına başlayan Prezident Li Çje Myonqun administrasiyası Şimali Koreya ilə dialoqu bərpa etmək niyyətindədir. Lakin rəsmi Pxenyan bu yaxınlarda təklifləri rədd edib və Seulla danışıqlarda maraqlı olmadığını bildirib.