Dolayı nüvə danışıqlarının ikinci turu Cenevrədə Oman səfirliyində keçirilib
Cenevrədə ABŞ və İran arasında dolayı nüvə danışıqlarının ikinci turu keçirilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, danışıqlarda iştirak edən İran diplomatlarının avtomobilləri müzakirələrin keçirildiyi ərazini tərk edib.
Qeyd edək ki, ABŞ və İran arasında dolayı nüvə danışıqlarının ikinci turu Cenevrədə Oman səfirliyində keçirilib.
Danışıqlarda İranın nüvə proqramı və ABŞ-ın Tehrana qarşı sanksiyalarının ləğvinin müzakirə olunduğu bildirilir.