"Qarabağ" "Lex"i 5:1 hesabı ilə məğlub edib
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində cavab matçına çıxıb.
AYNA xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun komandası üçün uğursuz başlayıb. Belə ki, qonaqlar 20-ci saniyədə hesabı açıb. Buna baxmayaraq, Azərbaycan çempionu rəqibini darmadağın etməyi bacarıb. “Qarabağ” “Lex”i 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, Ağdam təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq.