Cəmil Quliyevə yüksək vəzifə verildi

Mədəniyyət

18.09.2019 - 11:09

Müşfiq Hətəmovun yerinə yeni təyinat olub

 

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmovu vəzifəsindən kənarlaşdırıblar.

 

AYNA xəbər verir ki, Müşfiq Hətəmov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri vəzifəsinə təyin olunub.

 

O, gələn həftədən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.

 

Cəfər Cabbarlı "Azərbaycanfilm" Kinostudiyasına isə Əməkdar incəsənət xadimi Cəmil Quliyev yeni direktor təyin olunub.

 

Qeyd edək ki,  Azərbaycanın Əməkdar incəsənət xadimi M.Hətəmov 2011-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktoru olub.

Müəllif: Ayna.az