Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AYNA-nın "Report"a istinadən məlumatına görə, qəza zamanı iki minik avtomobili toqquşub.
Nəticədə rayon sakinləri - Gülxas Kazımova və İlahə İbrahimova xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.