Cəlilabadda yol qəzası: ölən və yaralanan olub

Hadisə

05.02.2023 - 11:56

"MAZ"la  qarşıdan gələn "Ford" toqquşub

Fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi "MAZ" markalı avtomobillə qarşıdan gələn "Ford" markalı avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən xəbərə görə, qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü İ.Quliyev xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin N.Məmmədov isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə