Cəlilabadda qəza: 7 nəfər xəsarət alıb

Hadisə

12.09.2022 - 02:48

Yaralılar yaxın qohumlardır və rayonun Moranlı kənd sakinləridir

Cəlilabad rayonunda baş verən qəzada yaralıların adları məlum olub. AYNA-nın APA-ya istinadən xəbərinə görə, onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, yaralılar yaxın qohumlardır və rayonun Moranlı kənd sakinləridir.

1964-cü il təvəllüdlü Əbilov Ələddin Mirzəbala oğlu,

1969-cu il təvəllüdlü Əbilova Mənsurə Salman qızı,

2005-ci il təvəllüdlü Əbilova Güldanə Rafiq qızı,

2019-cu il təvəllüdlü Əbilova Ülviyyə Cavid qızı,

1990-cı il təvəllüdlü Əbilov Cavid Ələddin oğlu,

2015-ci il təvəllüdlü Əbilova Nazlı Cavid qızı və

2005-ci il təvəllüdlü Salayeva Bənövşə Rafiq qızıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az