Cəfər Cabbarlının büstü restavrasiya olunacaq

Mədəniyyət

18.11.2025 - 20:47

Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq

Mədəniyyət Nazirliyi Cəfər Cabbarlının “Azəbaycanfilm” kinostudiyasının həyətində yerləşən büstünün təmirə ehtiyacı olması məsələsinə münasibət bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Cəfər Cabbarlının büstü kinostudiyanın həyətində yaradılacaq “Kinopark”da mərkəzi bir mədəni-simvolik element kimi qorunacaq: “Layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş