Qoşa Qala qapıları açıldı

Mədəniyyət

29.10.2019 - 12:21

Qapılarda bərpa-konservasiya işləri başa çatıb

 

İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb. AYNA xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

 

Məlumata əsasən, bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilib.

 

2019-cu ilin ortasında başlayan layihəyə əsasən Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin, Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya edilib.

Müəllif: Ayna.az