Cəbrayılda xeyli silah-sursat aşkarlanıb

Xəbərlər

10.01.2023 - 15:57

cedabet dərman SEO Xidməti

Silah-sursat götürülərək aidiyyəti üzrə təhvil verilib

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun inzibati ərazisindən xeyli sayda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının işğaldan azad edilmiş ərazilərdə keçirdikləri tədbirlərlə tərk edilmiş hərbi mövqelərdən 11 avtomat, 2 pulemyot, 7 qumbaraatan, 2 snayper tüfəngi, 2 optik nişangah, 59 müxtəlif növ mərmi, 7780 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş