Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 balı toplayıb
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 29-30 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Məlumata görə, imtahan iştirakçıları arasında bir nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 balı toplayıb. Həmin şagird iki il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da yüksək nəticə göstərərək 256.2 bal toplayıb.