Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Xəbərlər

18.11.2022 - 12:11

Kranlar dəyişdirilənədək qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Qarasu QPS qol kəməri”ndə quraşdırılmış qaz tənzimləyici qovşaqda qaz tənzimləyici qurğunun çıxış və baypas kranlarının dəyişdirilməsi ilə bağlı, bu gün saat 09:30-dan etibarən işlər başa çatanadək “Qarasu” QPS-dən qidalanan “Qarasu Əhali” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılıb.

 “Azəriqaz” İB-dən AYNA-ya bildirilib ki, təmir işləri aparılan müddətdə Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun Padarqışlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş