Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır

İdman

27.04.2021 - 11:24

“Real Madrid” “Çelsi”ni, PSJ isə “Mançester Siti”ni qəbul edəcək

 

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunları başlayacaq. AYNA xəbər verir ki, bu raundun ilk qarşılaşması İspaniyada baş tutacaq.

 

“Real Madrid” İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. “Alfredo Di Stefano” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin “Mançester Siti” klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.

 

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Müəllif: Ayna.az