Bu gün Bakıda “Qarabağ” “Qalatasaray”la qarşılaşacaq

İdman

26.03.2023 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək

Bu gün Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında xeyriyyə oyunu keçiriləcək. AYNA xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.

Xeyriyyə oyunu

26 mart

20:00. "Qarabağ" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Bakı Olimpiya Stadionu.

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Müəllif: Ayna.az