VİDEO"/>

Bu dəfə kişilər “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX" deyiblər - <font color=red> VİDEO</font>

Xəbərlər

09.12.2019 - 18:56

Həkimlər Klinikalar SEO Xidməti

“Qadına qarşı zorakılığa, ailədaxili  şiddətə  YOX deyək" adlı maarifləndirici sosial çarx təqdim olunub

 

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RİHM) təşkilatçılığı ilə  “Ailədaxili şiddətlə  mübarizədə aydınların rolu" adlı tədbir və  “Qadına qarşı zorakılığa  YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçirilib.

 

AYNA xəbər verir ki, "JW Marriot Absheron Baku" oteldə keçirilmiş tədbirdə əvvəlcə sosial çarx tədim olunub.

 

Təqdimatdan sonra Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova çıxış edərək Azərbaycan qadınının tarixin bütün dövrlərində cəmiyyətdəki rolu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın gənc qadınlarımız üçün gözəl örnək olması, qadının ailədə mövqeyi, qadına verilən yüksək dəyərdən danışıb: "Tarixə nəzər salsaq, tarixən qadınlar kişilərlə bərabər cəmiyyətin müxtəlif sahələrində fəallıq göstərib, uğur qazanıblar. Bu gün Azərbaycan qadını ölkənin ictimai-siyasi, mədəni, iqtisadi və digər sahələrində uğurla təmsil olunur, cəmiyyətə fayda verir. Lakin bununla belə, təkcə ölkəmizi deyil, bütün dünyada aktual olan qadına qarşı şiddət mövzusu zaman-zaman gündəmə gəlir. Odur ki, vətəndaş cəmiyyətinin təmsilçisi kimi, RHİM İB olaraq, qərara gəldik ki, cəmiyyətin diqqətini bu aktual mövzuya cəlb edək.  Hazırladığımız sosial çarxda cəmiyyətin müxtəlif sahələrində fəal olan kişi ziyalılarımızın qadınların cəmiyyətdə mövqeyi və ailədaxili şiddətlə bağlı fikirlərə yer ayrılıb. İnanırıq ki, bu sosial çarxda səslənən yüksək fikirlər cəmiyyətə mesaj olaraq öz müsbət təsirini göstərəcək”.

 

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Qadınlara qarşı zorakılıqla mübarizə" həftəsi çərçivəsində keçirilən bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, uzun müzakirələrdən sonra 2010-cu ildə "Məişət zorakılığı" haqqında Qanun qəbul edilib. O, öz çıxışında ailədaxili şiddətlərlə yanaşı ailədaxili münasibətlərdə mənəvi psixoloji zorakılığın, sarsıntısının da aktual olduğunu bildirdi.

 

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman  Səbinə Əliyeva geniş çıxış edərək məişət zorakılığı fonunda qadın hüquqları barədə məlumat verib, ailədaxili zorakılıq hallarının ailənin bütün üzvlərinə mənfi təsirindən danışıb. Selektiv abortlar, erkən nikah barədə danışan Ombudsman bu mövzuların omdusman aparatının diqqətində olduğunu xüsusi vurğuladı.

 

Daha sonra V çağırış Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva çıxış edərək RİHM İctimai Birliyinin bu cür aktual mövzuda tədbir keçirməsini, sosial çarx hazırlamaqla diqqəti bir daha bu mövzuya yönəltməsini təqdir etdiyini bildirib. Qeyd edib ki, bu cür maarifləndirici sosial çarxların əhəmiyyəti və təsiri olduqca önəmlidir.

 

Tədbirdə Qarabağda vətənimizin müdafiəsində fəallıq göstərmiş qadınlarımızı, qazilərimizi xüsusui salamlayan Qənirə Paşayeva ölkəmizin qanlı-qadalı günlərində onların Qarabağ müharibəsində mənəvi-psixoloji bir sıra çətinliklərlə üzləşdiyini xatırladıb. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündə neçə-neçə günahsız qadın-qızlarımızın amansızcasına qətlə yetirildiyini, işgəncələrə məruz qaldığını vurğulayəb.

 

Bildirib ki, çəkilmiş sosial çarx cəmiyyətin qadına qarşı şiddətə olan mövzuya fikrini dəyişəcək: "Şiddətə heç bir bəraət verilə bilməz. Ailədə böyüyən uşaq şiddət mühitində tam yetkin vətəndaş kimi böyüyə bilməz. Şiddətin qurbanı əsasən qadınlar olduğuna görə  əsas diqqət qadınlara qarşı şiddətə qarşı mübarizəyə yetirilir. Azərbaycan kişi aydınları sosial çarxda qadınlara qarşı şiddət əlehinə öz fikirlərini səsləndirdi. Bu ziyalılarımız cəmiyyətimizdə sayılıb seçilən və ailədə də örnək insanlardır. Ümid edirəm ki, onların qadınlarla bağlı yüksək fikirləri cəmiyyətimiz üçün də örnək olacaq".

 

Daha sonra qardaş Türkiyənin  tanınmış  sənətçisi, qadına qarşı zorakılığa qarşı mübarizədə fəal rol oynayan Haluk Ləvənt çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib, kişiləri bu mövzuda daha fəal olmağa çağırıb.

 

RİHM İctimai Birliyinin sədri Arzu Bağırova Haluk Ləvəntə bu fəaliyyətindən dolayı təşəkkür plaketi təqdim edib və onun Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olmasını vurğulayıb.

 

Daha sonra Qarabağ qazisi, paralimpiya çempionu, cüdoçu  İlham Zəkiyev qadınlara qarşı zorakılığın qəbuledilməz olduğunu bildirib, qadınlarımızın müxtəlif sahələrdə, o cümlədən idmanın bir çox sahələrində ölkəmizi uğurla təmsil etdiyini, bayrağımızı dalğalandırdığını vurğulayıb və bütün qadınlara  uğurlar arzu edib.

 

Daha sonra çıxış edən V çağırış üzrə Milli Məclisin deputatları Aydın Hüseynov, Azər Badamov, Xalq artistləri Mənsum İbrahimov, İlqar Muradov, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, eləcə də Qarabağ müharibəsində iştirak etmiş bir sıra döyüşçülərimiz, onları təmsil edən bir sıra təşkilatların rəhbərləri, professor Yaqub Qurbanov, bir sıra ziyalılar ailədaxili zorakılığa qarşı mübarizə ilə bağlı fikirlərini bölüşüblər, RHİM İctimai Birliyinin bu layihəsini yüksək qiymətləndiriblər.  

 

Arzu Bağırova diqqətə görə hər kəsə təşəkkür edib və vətəndaş cəmiyyətinin üzvü olaraq, bu cür maarifləndirici mövzularla bağlı fəaliyyətlərini davam etdirəcəklərini, yeni layihələr üzərində çalışdıqlarını bildirib. Sonda  “Qadına qarşı zorakılığa, ailədaxili  şiddətə  YOX deyək" adlı maarifləndirici sosial çarxa təkrar baxış olub.

 
Sosial çarxı aşağıdakı linkdən izləyə bilərsiniz:


Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş