Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənib
Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Mingəçevir və Varvara su anbarları, Qarabağ və Şirvan suvarma kanalları ətrafında keçirilib. Regional Ekologiya İdarəsinin, Mingəçevir Su Polisinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı sözügedən ərazilər qadağan olunmuş ov alətlərindən və sintetik torlardan təmizlənib.
AYNA xəbər verir ki, bunu jurnalistlərə 8 saylı Regional Ekologiya İdarəsinin rəisi Fazil Şükürov deyib. O bildirib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, balıq ehtiyatlarının kökünün kəsilməsi deməkdir.
Ayna.az
Pin up casino Pin-up casino giriş