“Broker” MMC-nin rəhbərinin ittiham edildiyi maddələr məlum olub

Xəbərlər

08.08.2022 - 13:14

Əbülfəz Məlikov üç maddə üzrə cinayətdə şübhəli bilinir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı maddələrlə ittiham olunduğu məlum olub.

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az