Böyük Britaniya daha 10 rus gəmisini qara siyahıya salıb
Böyük Britaniya daha 10 rus gəmisini qara siyahıya salmaqla Rusiyaya qarşı sanksiyaları genişləndirib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin saytında yerləşdirilən yenilənmiş sənəddə deyilir.
Gəmilərin “Ukraynada sabitliyi pozmağa yönəlmiş fəaliyyətlə məşğul olduğu və onun suverenliyinə, müstəqilliyinə təhlükə yaratdığı” iddia edilirr. Məlumata görə, gəmilər üçüncü ölkələrə Rusiya mənşəli neft və neft məhsullarını daşıyırlar.