Borrell: “Aİ-nin Ukraynaya yardımı faktiki olaraq dondurulub”

Dünya

04.08.2025 - 21:13

"Mən gedəndən bəri Ukraynaya Aİ-dən heç bir hərbi yardım göstərilməyib”

“Avropa İttifaqının (Aİ) Ukraynaya yardımı hazırda faktiki olaraq dondurulub”. AYNA.AZ xəbər verir ki, bu sözləri “EUObserver”ə müsahibəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş Ali Nümayəndəsi Xosep Borrell deyib.

“Mən gedəndən bəri Ukraynaya Aİ-dən heç bir hərbi yardım göstərilməyib. Avropa Sülh Fondunda Macarıstana görə 6,6 milyard avro blokda qalıb. Bu, bu alətin sonu oldu. İndi hər şey ikitərəfli əsasda edilməlidir", - Avropa diplomatiyasının keçmiş rəhbəri qeyd edib.

Borrelin sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılaşma analoji vəziyyətlə üzləşib. O vurğulayıb ki, Aİ "dalandadır", çünki Macarıstan sanksiyalara qarşı çıxsa, sanksiyaların müddəti uzada bilməz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş