Borclu şəxs qismində axtarılan 74 nəfər saxlanılıb

Xəbərlər

09.12.2022 - 13:24

Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub

Dekabrın 8-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarılan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Müəllif: Ayna.az