"Baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir”
BMT-nin Baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT rəhbərinin sözçünün müavini Fərhan Haq deyib.
"Baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir. O İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqlar apararkən İsrailin İrandakı nüvə obyektlərinə hücumlarından narahatdır", - qeyd edib.
Onun sözlərinə görə, baş katib hər iki tərəfdən “maksimum təmkin nümayiş etdirməyi və nəyin bahasına olursa-olsun münaqişənin gərginləşməsinə yol verməməyi xahiş edir”.