BMT baş katibi: “Dünya Hindistan və Pakistan arasında qarşıdurmaya dözə bilməz”

Dünya

07.05.2025 - 11:10

Həkimlər Klinikalar SEO Xidməti

Antonio Quterreş hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb

BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında hərbi qarşıdurmadan dərin narahatlığını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Arab News” baş katibin nümayəndəsinə istinadən məlumat yayıb.

Quterreş hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb: “Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya dözə bilməz”.

Qeyd edək ki, mayın 6-da axşam saatlarında Hindistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirdiyi “Sindoor əməliyyatı”nın başladığını elan edib. Hindistan hərbi idarəsinin məlumatına görə, Pakistanın hərbi obyektlərinə hücum edilməyib, lakin “terror infrastrukturu” hədəfə alınıb.

Pakistan ordusu Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş