“Bitcoin” 10 faizdən çox bahalaşıb

Xəbərlər

09.09.2022 - 20:47

"Bitcoin"in qiymətində artım müşahidə olunur

Bugünkü ticarət zamanı bitkoinin dəyəri 10 faizdən çox artıb. AYNA məlumatına görə, bunu “Coindesk” ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 18:16-ya olan məlumata görə, ən populyar kriptovalyutanın dəyəri kəskin artımdan sonra 21 107 ABŞ dolları təşkil edib.

Eyni zamanda, gün ərzində pik dəyər 21 239 ABŞ dolları olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş