Bir nəfər Xəzərdə batıb

Hadisə

25.07.2023 - 10:49

Xilasedicilər axtarışlara cəlb olunublar

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 200 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş