Bir gündə neçə nəfər peyvənd olunub?

Xəbərlər

14.09.2022 - 19:54

cedabet dərman SEO Xidməti

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 613 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 711, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 133 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 877 095, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 378 186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 865 380, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 372 838, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 260 691 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş