“BioNTech” COVID-19-un yeni ştammına qarşı peyvənd hazırlaya bilər

Aktual

22.12.2020 - 15:57

Uğur Şahin: “Biz yeni peyvəndi texniki olaraq altı həftə ərzində təqdim edə bilərik”

 

Almaniyanın “BioNTech” şirkəti koronavirusun (COVID-19) yeni “Britaniya” ştammına qarşı peyvəndi altı həftə ərzində hazırlaya bilər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə şirkətin baş direktoru Uğur Şahin bildirib.

 

Onun sözlərinə görə, “BioNTech” və “Pfizer” şirkətlərinin birgə hazırladığı vaksin çox güman ki, mutasiyaya uğramış virusla da uğurlu mübarizə apara bilər: “Lakin preparat bilavasitə koronavirusun “Britaniya” növünə qarşı vaksinasiya üçün uyğunlaşdırılmalıdır. Biz yeni peyvəndi texniki olaraq altı həftə ərzində təqdim edə bilərik”.

 

Qeyd edək ki, dekabrın 14-də Böyük Britaniyanın cənub-şərqində koronavirusun yeni ştammı aşkarlanıb. Baş nazir Boris Conson ilkin məlumata əsaslanaraq mutasiyaya uğramış bu növün əvvəlkinə nisbətən 70 faiz daha yoluxucu ola biləcəyini, lakin ölümcüllük səviyyəsinin artmasına dair sübutların olmadığını deyib.

 

Müəllif: Ayna.az