Biləsuvarda 22 yaşlı oğlan bıçaqlanıb: 2 iş yoldaşı tutulub

Hadisə

26.02.2026 - 15:38

Gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib

Biləsuvarda gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib. AYNA.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Bəydili kəndində baş verib. Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Fərid Həziyevin iş yoldaşları tərəfindən bıçaqlandığı bildirilir.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, reanimasiyaya yerləşdirilib.

Əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, adı çəkilən şəxslər rayonda Günəş elektrik stansiyasının tikintisində çalışırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş