Biləsuvar sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb

Xəbərlər

20.10.2023 - 00:28

Yeniyetmə hadisə yerində dünyasını dəyişib

Biləsuvar sakini Bakınının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində ölüb.

AYNA-nın "Report"a istinadən məlumatına görə, 2008-ci il təvəllüdlü Tunar Bayramovu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, o, Biləsuvarın Ağalıkənd kəndindəndir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş