Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Beyləqan rayonunun Mil qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli yeməkxana binasının qamış və lambirindən ibarət tavanı 106 m² sahədə yanıb.
AYNA xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.