Beyləqanda qəza: mikroavtobus dərəyə aşdı

Hadisə

04.01.2021 - 01:44

Hadisə nəticəsində bir nəfər vəfat edib, bir neçə nəfər isə xəsarət alıb

 

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi ba. Berib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə rayonun İkinci Aşıqlı kəndində baş verib.

 

“Mercedes” markalı mikroavtobusun dərəyə aşması nəticəsində bir nəfər vəfat edib, bir neçə nəfər isə xəsarət alıb.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan dörd nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az