Bəxtiyar Hacıyev saxlanılıb

Xəbərlər

09.12.2022 - 14:49

İctimai fəal məhkəməyə aparılıb

İctimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb. AYNA xəbər verir ki, bu barədə vəkil Aqil Layıc bildirib.

Vəkilin sözlərinə görə, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

“Hazırda o, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır”, - deyə Layıc söyləyib.

Vəkil onun Ülviyyə Alovlunun şikayəti əsasında saxlanıldığını qeyd edib.

Müəllif: Ayna.az