Bəstəkar Nailə Mirməmmədli “Qurd qapısı”nda dəfn olunub

Xəbərlər

04.01.2021 - 16:38

Əməkdar incəsənət xadimi əri və oğlunun məzarı yanında torpağa tapşırılıb

 

Bu gün vəfat edən Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli Bakıdakı “Qurd qapısı” qəbristanlığında dəfn olunub. AYNA xəbər verir ki, 59 yaşlı bəstəkar gənc yaşda vəfat edən oğlunun və əri, mərhum bəstəkar Hikmət Mirməmmədlinin məzarı yanında torpağa tapşırılıb.

 

Dəfn mərasimində mərhum bəstəkarın ailə üzvləri, sənət dostları iştirak ediblər.

 

Xatırladaq ki, N.Mirməmmədli bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az