Bərdədə arı sancması ölümə səbəb olub

Hadisə

20.09.2024 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti

Bərdədə arı sancması ölümə səbəb olub. AYNA-nın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Bərdə rayonu Nazırlı kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Tağıyev Rüfət Çıraq oğlunu arı sancıb. Bundan sonra onun vəziyyəti pisləşib. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Müəllif: Ayna.az