Bələdiyyə seçkilərinin vaxtı açıqlanıb

Xəbərlər

06.11.2024 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Məzahir Pənahov: “Bu tarix gələn il yanvar ayının 25-dən sonra olacaq”

“Qarşıda duran əsas məsələlərdən biri bələdiyyə seçkiləridir. Noyabrın ayının sonunda biz artıq bələdiyyə seçkilərini elan etməliyik. Düşünürük ki, bu tarix gələn il yanvar ayının 25-dən sonra olacaq”. AYNA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, artıq məsələ ilə bağlı MSK üzvlərinə təlimatlar verilib: “Bələdiyyələr birləşir, 685 bələdiyyə olacaq. Hesab edirəm ki, biz bələdiyyələr üzrə neçə bələdiyyə üzvü seçilməsi məsələsini qaydaya salmalıyıq. Biz gərək tez bir zamanda dairə seçki komissiyalarını formalaşdıraq. Onlar da məntəqə seçki komissiyalarına müvafiq tapşırıqlar versinlər. Yeni seçilən üzvlər üçün maarifləndirmə proqramı həyata keçirməliyik. Bu məsələlər vaxt aparır. Müəyyən dövlət orqanları ilə razılaşdırmalara da ehtiyac var”.

Müəllif: Ayna.az