Belarus Polşaya nota verib

Dünya

05.08.2025 - 13:45

Kişitof Ojanna Belarus Xarici İşlər Nazirliyinə çağırılıb

Polşanın müvəqqəti işlər vəkili Kişitof Ojanna Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi nota təqdim edilib.

AYNA.AZ BELTA-ya istinadən  xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatdan 9–10 avqust tarixlərində Varşavada Belarus əleyhinə keçiriləcək kütləvi etiraz aksiyasının yolverilməzliyi ilə bağlı xəbərdarlığın Polşaya çatdırılması tələb edilib.

Eyni zamanda, bu cür tədbirlərin iki ölkə arasında normal münasibətlərin və dialoqun formalaşmasına ciddi maneə yaratdığı qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş