Baydenin üç yalanı: ABŞ Prezidenti faktları təhrif edib

Maraqlı

16.08.2023 - 13:44

“The New York Post” qəzeti Baydenin yalanlarını üzə çıxarıb

“The New York Post” qəzeti ABŞ Prezidenti Co Baydenin yalanlarını üzə çıxarıb. AYNA xəbər verir ki, qəzetin yazdığına görə, Bayden ictimaiyyət qarşısında çıxışı zamanı anadan olması, ailəsi və prezidentliyi dövründə ABŞ-ın dövlət borcunun azalması ilə bağlı faktları təhrif edib.

Prezident deyib ki, babası Bayden çox gənc yaşında, anadan olmağına altı gün qalmış vəfat edib. Lakin qəzet ortaya çıxarıb ki, ABŞ Prezidentinin babası onun doğulmasından bir ildən çox əvvəl vəfat edib.

Bundan başqa, ABŞ lideri atasının orta təhsilli, yaxşı oxuyan və çox işləyən insan olduğunu söyləyib. Əslində isə atası Cons Hopkins Universitetində təhsil alıb.

İctimaiyyət qarşısında Bayden ABŞ-ın milli borcu barədə də yalan danışıb. Belə ki, Bayden onun rəhbərliyi dövründə federal borcun 1,7 trilyon dollar azaldığını bildirib. Lakin qəzet onun andiçmə mərasimindən bu yana ABŞ-ın dövlət borcunun 27,75 trilyon dollardan 32,7 trilyon dollara qədər artdığını yazıb.

Müəllif: Ayna.az