Koronavirusun ağciyərdəki ilk görüntüsü – <font color=red> FOTO, VİDEO</font>

Maraqlı

09.04.2020 - 18:33

“Bu, heç nəyi dəyişdirməyən, eyni zamanda hər şeyi dəyişən bir görüntüdür”

 

Fransanın məşhur həkimi Gomberqh koronavirusun daha aydın görüntüsünü paylaşıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, 68 yaşlı fransız radioloq-həkim virusun insan orqanizmindəki görüntüsünü əldə edib.

 

Həkim belə deyib: “Bu, heç nəyi dəyişdirməyən, eyni zamanda hər şeyi dəyişən bir görüntüdür. Heç nəyi dəyişdirmir, ona görə ki, virus öz işindədir, insanları yoluxdurmaqda davam edir. Hər şeyi də dəyişir, ona görə ki, biz bu bəlanı daha aydın görə bilirik. Artıq xəstəlik haqqında inamlarımız dəqiqdir”.

Son dakika… Corona virüsü ilk kez görüntülendi

Virusun 60 ilə 140 nanometr uzunluqdakı görüntüsünü ictimailəşdirən həkim onu da deyib ki, bir müddət əvvəl özü də koronavirusa yoluxub, amma xəstəliyə qalib gəlib. Fotodakı koronaviris deyilən hissə mavi kristallaşmış rəngdə olan tərəfdir, ağciyər toxumasında yerləşib.

Müəllif: Ayna.az