Baydenin nəvəsi evləndi: toy Ağ Evdə baş tutub - FOTO

Maraqlı

20.11.2022 - 13:17

Toy mərasimini xidmətlərinin qiyməti 300 min dollardan başlayan şirkət təşkil edib

ABŞ Prezidenti Co Baydenin nəvəsi Naomi evlənib. AYNA xarici mediaya istinadən bildirir ki, jurnalistlərə qapalı keçirilən mərasim Ağ Evdə baş tutub.

Naomi Kinq Bayden Peter Heerman Neal ilə ailə qurub. Mərasimdə təxminən 250 qonaq iştirak edib. Toy mərasiminin ardından 28 yaşlı Naomi və 25 yaşlı Peter cütlüyünün yaxınları və dostları üçün ziyafət verilib.

“Naominin böyüdüyünü, özünü kəşf etdiyini və həyatını qurduğunu görmək çox xoş idi. İndi biz qürur hissi keçiririk ki, o, Peteri əri olaraq seçdi. Onu ailəmizdə salamlamaqdan şərəf duyuruq. Onlara hər keçən il daha da dərinləşəcək gülüş və sevgi ilə dolu günlər arzulayırıq”, - deyə Co və Jill Bayden bildirib.

Toy mərasimini xidmətlərinin qiyməti 300 min dollardan başlayan şirkət təşkil edib. CNN-in məlumatına görə, gəlin və bəy Vaşinqtonda vəkil işləyir və avqust ayından Ağ Evdə yaşayırlar.

Baydenin nəvəsi evləndi: toy Ağ Evdə baş tutub - Baydenin nəvəsi evləndi: toy Ağ Evdə baş tutub - Baydenin nəvəsi evləndi: toy Ağ Evdə baş tutub -
Müəllif: Ayna.az