Azərbaycan PUA-ları dünyanı heyrətləndirir: <font color=red> Rus texnikası acizdir</font>

Maraqlı

13.10.2020 - 19:15

“Qərb ölkələri bu cür silahları Rusiyanın təsir dairəsində olan bir ölkəyə satmağa tələsmir”

 

Azərbaycan Silahlı Qüvvələrinin hücum PUA-larının effektivliyi bütün gözləntiləri üstələyib. Bunu AYNA-ya açıqlamasında ukraynalı hərbi ekspert, “Qarabağın qılıncı və atəşi. Bilinməyən müharibənin salnaməsi. 1988-1994” kitabının müəllifi Mixail Jiroxov deyib.

 

“Dağlıq Qarabağdakı hərbi əməliyyatlar göstərdi ki, müasir müharibələrdə pilotsuz hava vasitələri ordunun döyüş qabiliyyətinin vacib amillərindən biridir. Bu, xüsusən də effektivliyi bütün gözləntiləri aşan Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarına aiddir. Üstəlik, düşmənin hava müdafiəsinə əsas ziyan, İsrail istehsalı olan kamikadze PUA-lar tərəfindən vuruldu. Son illərdə Azərbaycan İsrail müdafiə sənayesinin təklif edə biləcəyi, demək olar ki, bütün müasir silahları satın alıb. Bundan əlavə, ölkədə lisenziyalı dron istehsalına başlanılıb”, - o bildirib.

Упор Азербайджана на насыщение армии высокоточным оружием и БПЛА оправдал  себя - МИХАИЛ ЖИРОХОВ

Mütəxəssisin sözlərinə görə, bu dronlardan istifadə etməyə qərar verən Azərbaycanın hərbi-siyasi rəhbərliyi, sanki gələcəyi görürdü: “Qarbağda, dağ şəraitində qələbənin çox vacib elementlərindən biri də, Türkiyə istehsalı olan “Bayraktar TV2” pilotsuz uçuş aparatlarının effektli istifadəsi idi. Azərbaycan Ordusunda yeni “əsgər” sayılan bu dronlar erməni zirehli texnikalarının əksəriyyətinin məhv edilməsinə və ya zədələnməsinə görə “cavabdehdir””.

 

Jiroxov Sovet-rus istehsalı olan hərbi texnikanın imkanlarına da toxunub: “Müasir PUA-lar “S-300” zenit raket kompleksləri və ümumiyyətlə Sovet-Rusiya istehsalı sistemləri ilə silahlanmış bütün ordular üçün xoşagəlməz sürprizlər vəd edir. Bunu, hücumun ilk saatlarında Qarabağda Ermənistanın hava hücumundan müdafiə sisteminin tamamilə məhv edilməsi (Strela-10, OSA), eləcə də sonrakı günlərdə heyətləri ilə birgə “S-300” kompleksinin məhv edilməsi də sübut edir”.

 

Ermənistanın vəziyyətinə gəldikdə, hərbi ekspert qeyd edib ki, bu ölkə PUA donanması yaratmaq üçün nə maliyyə, nə də geosiyasi imkanlara malikdir: “Ermənistanın əsas silah tədarükçüsü olan Rusiya Federasiyasında bu cür cihazlar yoxdur və Qərb ölkələri Rusiyanın təsir dairəsində olan bir ölkəyə belə texnikanı satmağa tələsmir. Bu səbəbdən Ermənistanda istehsal olunan dronların istifadəsi son dərəcə məhdud idi və açıq şəkildə uğursuz oldu”.

 

Jiroxov, pilotsuz dronların inkişafı ilə yanaşı, istənilən müasir ordunun ona qarşı mübarizə vasitələrinin inkişafı barədə düşünməsinin vacibliyini də vurğulayıb: “Axı, radioelektron dəfetmə vasitələrinə əlavə olaraq, ordunun arsenalında dronlara qarşı istifadə edilə biləcək ən azı kiçik çaplı zenit artilleriyası olmalıdır. Bundan əlavə, hava hücumundan müdafiə sistemi qurarkən, zenit raket komplekslərini hava hücumundan müdafiə etmək üçün digər sistemlərin istifadəsinə də diqqət yetirilməlidir”.

Müəllif: Asif Aydınlı