“Araşdırma zamanı müvafiq ekspertiza təyin olunub”
Azərbaycan Baş Prokurorluğu Zaqatala rayon sakinin vəfat etməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Zaqatala rayon sakini Eyvaz Mahmudov iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala Rayon Prokurorluğunda qəbul edilməklə qızı Rəna Ramazanovanın vəfat etməsi faktı ilə bağlı aparılan araşdırma üzrə müraciəti nəzarətə götürülüb.
“Araşdırma zamanı müvafiq ekspertiza təyin olunub. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin olunacaq”, - məlumatda bildirilib.