Kamran Əliyev: “Könüllü təslim olsunlar”
“Qarabağda 300-dən çox cinayət törətmiş erməni separatçısı beynəlxalq axtarışa verilib”. AYNA xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
“Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə, bu cür 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”, - deyə o bildirib.
Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısının qeydə alındığını diqqətə çatdıran Azərbaycanın Baş prokuroru cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən erməniləri təslim olmağa səsləyib:
“Qanunsuz birləşmələrin üzvlərinə müraciət edirəm ki, könüllü şəkildə təslim olsunlar”.