Baş prokuror İlyas İsmayılovun evinə gedib - FOTOLAR

Xəbərlər

20.03.2023 - 16:37

Kamran Əliyev Ədalət Partiyasının sədrinə yubiliey medalını və vəsiqəsini təqdim edib

Baş Prokuror Kamran Əliyev sabiq baş prokuror və deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılovun evinə gedib. AYNA xəbər verir ki, bu barədə İ.İsmayılovun müavini Elxan Şükürlü bildirib.  

“Bu gün bayram sevincimizə daha bir sevinci Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev qatdı”, - deyən E.Şükürlü qeyd edib ki, əvvəlcə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev İ.İsmayılova zəng vuraraq, ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi təbriklərini çatdırıb.

“Ardınca da, heç gözləmədimiz halda, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev İlyas İsmayılovu Nardarandakı bağ evində ziyarət edərək, ona Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquq sisteminin inkişafı, qanunçuluq və hüquq qaydasının qorunması, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaşlıq hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki xüsusi xidmətlərinə görə “Azərbaycn Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiliey medalını və vəsiqəsini təqdim etdi. Partiyamızın sədri İlyas İsmayılova göstərilən bu diqqət və ehtiramı 44 günlük Vətən savaşı zamanı əldə edilmiş milli birliyin və siyasi həmrəyliyin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevə Ədalət Partiyası adından minnətdarlığımızı bildiririk”, - deyə Şükürlü əlavə edib.

E.Şükürlü ümid etdiyini qeyd edib ki, iqtidar-müxalifət münasibətlərində yaşanan və bütün sağlam siyasi qüvvələrin də görmək istədiyi bu xoş atmosfer bundan sonra da davam etdiriləcək və bir dövlət ənənəsinə çevriləcək.

Baş prokuror İlyas İsmayılovun evinə gedib - Baş prokuror İlyas İsmayılovun evinə gedib - Baş prokuror İlyas İsmayılovun evinə gedib - Baş prokuror İlyas İsmayılovun evinə gedib - Baş prokuror İlyas İsmayılovun evinə gedib - Baş prokuror İlyas İsmayılovun evinə gedib -
Müəllif: Ayna.az