Baş nazir: "Azərbaycan-Türkiyə müttəfiqliyi bütün sahələrdə inkişaf edir"

Siyasət

05.11.2022 - 16:11

Həkimlər Klinikalar SEO Xidməti

Əli Əsədov Fuat Oktayla birgə Şuşada mətbuat konfransı keçirib

"Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etməkdədir".

AYNA-nın xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla birgə Şuşada keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən və ənənələrindən güc alır: "Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək zirvəyə çatıb. Bu gün Azərbaycanın müqəddəs şəhəri sayılan Şuşa şəhərini ziyarət etdik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş