"Qəbələ" turnir cədvəlində 7-ci yerdə qərarlaşıb
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Zirə" və "Qəbələ" komandaları yoxlama matçında üz-üzə gəliblər.
AYNA xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Zirə" hazırda turnir cədvəlində 8 xalla beşinci, "Qəbələ" isə 5 xalla 7-ci yerdə qərarlaşıb.