Balakəndə qaydaları pozan sürücülər cərimələnib

Hadisə

14.04.2021 - 22:11

Yol polisi əməkdaşları sürücülərlə izahedici söhbətlər aparıb

 

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan sürücülərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, reyd zamanı avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər aşkar olunub ki, yol polisi əməkdaşları onlarla izahedici söhbətlər aparıb və barələrində inzibati protokol tərtib ediblər.

 

Bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Müəllif: Ayna.az